"Barselona" "Ayntraxt"ın hücumçusu Luka Yoviçi transfer etmək fikrindən daşınıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna futbolçunun tələbləri səbəb olub.

Məsələ burasındadı ki, həm klubu yüksək transfer qiyməti qoyub, həm də oyunçu özü çox maaş tələb edib. Kataloniyalılar isə gənc oyunçu üçün bu qədər maaşı çox görür. üstəlik, "Real" və "Bavariya"nın onun keçidi üçün yüksək məbləğ ayırması "Barselona"nı alternativ variantlar barədə düşünməyə vadar edib.

"Ayntraxt" isə Yoviçi daha 1 il komandada saxlamaq niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest