"çelsi"nin sabiq baş məşqçisi Antonio Konte gələn mövsümdən yenidən iş başında olacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis çox güman ki, yenidən A seriyasında fəaliyyət göstərəcək.

çünki İtaliyanın 3 klubu onun xidmətində maraqlıdı. Bunlar "Roma", "İnter" və "Milan"dı. Paytaxt klubu rəqiblərini qabaqlayaraq, danışıqlara start verib. ötən ay "Roma"nın "sükanı arxası"na keçən Klaudio Ranyeri ilə yayda yollar ayrılacaq.

Qeyd edək ki, Antonio Konte həmçinin "Yuventus" və İtaliya yığmasına da rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest