İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytının məlumatına görə, bu ada "Liverpul"un hücumçusu Sadio Mane layiq görülüb.

27 yaşlı seneqallı ötən ay ərzində Premyer Liqanın 5 oyununda meydanda olub, 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mane bu ad uğrunda mübarizədə Endryu Robertson ("Liverpul"), Bernardo Silva ("Mançester Siti"), Şeymus Koulmen ("Everton"), Ceymi Vardi ("Lester") və Ceyms Uord-Prouzu ("Sauthempton") qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest