"Qəbələ" futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçiriblər. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gənclər Liqasında çempionluğu mövsüm başa çatmamış rəsmiləşdirən U-19 növbəti qələbələrini qazanıb.

öncə evdə "Sabah"ın qapısından üç qol keçirən "qırmızı-qaralar" "Zirə" ilə səfər görüşündə daha məhsuldar olub – 6:0. 25 oyun keçirən "Qəbələ"nin hesabında 66 xal var. U-17 evdə "Turan"ı 5:0, səfərdə "Neftçi" İK İB-i 4:1 hesabı ilə məğlub edib. 19 matçda 40 xal toplayan komanda 3-cü pillədə qərarlaşıb.

"Viləş" üzərində 3:0 hesablı qələbə qazanan U-16 ardınca "Neftçi"ni daha ağır məğlubiyyətə uğradıb – 7:1. çempionluğu rəsmiləşdirən "qırmızı-qaralar" 25 oyunda 67 xal yığıb. U-15 "Neftçi" PFK-ya 2:3 hesabı ilə uduzduqdan sonra "Səbail"i 5:1 hesabı ilə yenib. 23 görüşdə 60 xal toplayan "Qəbələ" 3-cü pillədə yer alıb. Yüksək Liqada mübarizə aparan qızlardan ibarət komanda "Qubek" ə 0:3 hesabı ilə uduzub. 14 matçda 20 xal toplayan komanda mövsümü 5-ci pillədə başa vurub.

Kiçik yaş qruplarından olan komandalar isə müvafiq liqalarda final mərhələsində mübarizəyə başlayıb. U-14 1/8 finalda Sumqayıtın UGİŞM-1 komandasına qalib gəlib – 7:1, 0:0. "Qəbələ" 1/4 finalda "Səbail"lə üz-üzə gələcək. 1/8 finalda qüvvəsini sınayan U-12 Gəncənin "Azəri TİM"i hər iki qarşılaşmada məğlub edib – 1:0, 2:1. "Qırmızı-qaralar"ın növbəti rəqibi "Leon" olacaq.

U-11 1/8 finalda Sumqayıtın UGİŞM-1 komandasını mübarizədən kənarlaşdırıb – 2:2, 6:4. "Qəbələ" 1/4 finalda "Leon"la qarşılaşacaq. Lənkəranın "Zirvə" komandası ilə görüşən U-10 iki görüşdə on beş qol vurub – 9:0, 6:0. 1/4 finalda rəqib "Sabah" olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest