Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Benfika" - "Leypziq" oyununu izləyənlər arasında "Real"ın skautları da olub. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, "kral klubu"nun nümayəndələri qonaqların hücumçusu Luka Yoviçin oyununa tamaşa ediblər.

Rəsmilər onunla yanaşı, "Benfika"nın yarımmüdafiəçisi Joao Feliksin də çıxışına göz gəzdiriblər. Skautların hər iki futbolçu barədə rəhbərliyə müsbət raport təqdim etdiyi bildirilib.

Qeyd edək ki, "Benfika"nın 4:2 hesabı ilə qalib gəldiyi görüşdə Feliks het-trik, Yoviç isə 1 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest