"Arsenal"ın yarımmüdafiəçisi Məsut özilin Avropa Liqasının 1/4 final mərhələsində "Napoli" ilə oyuna yollanarkən taxdığı boyunbağı müzakirə mövzusu olub. Matc.az saytı xəbər verir ki, ulduz futbolçu stadiona daxil olarkən boyunbağındakı ay-ulduzlu nişan diqqət çəkib.

Onun bu addımı Almaniyada birmənalı qarşılanmayıb. Almanlar Türkiyə əsilli futbolçunun bununla onlara acıq verdiyini düşünür. Onlar hesab edirlər ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra Almaniyada çox tənqid olunan və bu üzdən yığma karyerasını bitirən özil həmin boyunbağını qəsdən taxıb.

Qeyd edək ki, Məsut özil 2009-2018-ci illərdə Almaniya millisinin heyətində 92 oyun keçirib, 23 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest