"Tottenhem" daha bir futbolçusunu itirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Harri Keyndən sonra yarımmüdafiəçi Dele Alli də sıradan çıxıb.

Belə ki, ulduz futbolçunun komanda yoldaşı kimi, çempionlar Liqasının 1/4 final mərhələsində "Mançester Siti" ilə qarşılaşmada zədələndiyi bildirilib. Tibbi müayinədən sonra Allinin sol əlində kiçik qırıq aşkarlanıb. Onun zədəsinin durumu və cavab oyununa hazır olub-olmayacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, ilk matçda öz meydanında "Mançester Siti"ni 1:0 hesabı ilə məğlub edən "Tottenhem" cavab görüşünə aprelin 17-də çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest