"Ansi bizə qoşulduğu üçün xoşbəxtəm. O, yüksək səviyyəli futbolçudu. Aqollinin mümkün qədər tez hazır olmasını istəyirəm. Böyük təcrübəsi var və bu sahədə çox iş görə bilər. Onda qələbə ruhu formalaşıb".

"Nyu-York Kosmos" klubunun baş məşqçisi Karlos Mendez bir müddət əvvəl "Qarabağ"dan transfer etdikləri Ansi Aqolli barədə düşüncələrini bölüşüb. Matc.az saytı xəbər verir ki, ABŞ klubunun çalışdırıcısı albaniyalının onlara əlavə güc qatacağını söyləyib.

39 yaşlı mütəxəssis özündən 2 yaş kiçik olan Aqollinin "Qarabağ"dan sonra "Nyu-York Kosmos"a da xeyir verəcəyini bildirib: "Ansi bizə qoşulduğu üçün xoşbəxtəm. O, yüksək səviyyəli futbolçudu. Aqollinin mümkün qədər tez hazır olmasını istəyirəm. Böyük təcrübəsi var və bu sahədə çox iş görə bilər. Onda qələbə ruhu formalaşıb. Bundan əvvəlki komandalarında qələbə qazanmağı öyrənib. Xüsusən də, "Qarabağ"la çempionlar Liqasında böyük klublara qarşı çıxış edib. Azarkeşlərimiz də məhz belə zehniyyətdə birini istəyirdilər. Həmçinin Albaniya ilə Avropa çempionatında iştirak edib. Bir sözlə, böyük karyerası var".

Qeyd edək ki, Ansi Aqolli 2010-2019-cu illərdə "Qarabağ"ın şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest