Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, aprelin 12-də yunan-Roma güləşi üzrə yarışa start veriləcək.

Bu gün 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilərin püşkatma mərasimi keçirilib.

Sabah xalça üzərinə çıxacaq pəhləvanlarımızın hamısı mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

55 kq
Təsnifat - Eldəniz Əzizli - Sebastyan Kolompar (SRB)

63 kq
Təsnifat - Taleh Məmmədov - Donior İslamov (MDA)

77 kq
Təsnifat - Elvin Mürsəliyev - Roland Şvarts (GER)

87 kq
Təsnifat - İslam Abbasov - Denis Kudla (GER)

130 kq
Təsnifat - Sabah Şəriəti - Stepan David (CZE)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest