"InStat" şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının XXIII turunun rəmzi komandası açıqlanıb. Matc.az saytının məlumatına görə, 1 futbolçu ilk dəfə simvolik komandaya düşüb.

Bu, "Sumqayıt"ın hücumçusu Peyman Babayidi. Əvəzində "Qarabağ"ın 5, "Neftçi"nin isə 3 oyunçusu növəti dəfə heyətdə özünə yer edib.

 

Qapıçı: Vaqner da Silva ("Qarabağ")-2

Müdafiəçilər: Donald Gerye ("Qarabağ")-5, Kiril Petrov ("Neftçi")-6, Filip İvanoviç ("Sabah")-2, Amin Seydiyev ("Qəbələ")-2

Yarımmüdafiəçilər: Baqali Dabo ("Neftçi")-5, Qoran Paratski ("Neftçi")-2, Markos Madera ("Qarabağ")-4, Dani Kintana ("Qarabağ")-7

Hücumçular: Mahir Mədətov ("Qarabağ")-6, Peyman Babayi ("Sumqayıt")

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest