Gələn mövsüm Premyer Liqa çempionluğuna iddia etmək istəyən "Mançester Yunayted" yayda heyətini buna uyğun formalaşdıracaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" yay transferləri üçün ciddi büdcə ayırıb.

"Mankunianlar"ın ilk hədəfi isə "Napoli"nin mərkəz müdafiəçisi Xalidu Kulibalidi. İki ildi ulduz futbolçunun keçidində israrlı olan ingilislər transferin, nəhayət, reallaşması üçün qarşı tərəfə 90 milyon funt-sterlinq təklif edib. Seneqallı futbolçunun sərbəst qalma məbləği 129 milyon funt-sterlinq olsa da, Neapol təmsilçisi onu 90-100 milyon arası satmağa razıdı.

Əgər MY 28 yaşlı oyunçunu heyətinə qata bilsə, Kulibali futbol tarixinin ən bahalı müdafiəçisi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest