Antuan Qrizmannın "Barselona"ya transferi böyük ehtimalla baş tutmayacaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Kataloniya klubunun futbolçuları "Atletiko"nun hücumçusunun gəlişinə qarşıdı.

Məsələ burasındadı ki, "Barselona" rəhbərliyi ötən yayda onu almaq üçün dəridən-qabıqdan çıxsa da, fransalı son anda Madriddə qalmağı üstün tutmuşdu. Lakin oyunçu kataloniyalılarla təmas quraraq, keçidə razı olduğu xəbərini göndərib. Bununla belə, "Barselona"nın futbolçuları Qrizmannın alınmasını istəmir. Onlar bu niyyətlərini rəhbərliyə də çatdırıblar.

Qeyd edək ki, 2014-cü ildən "Atletiko"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest