"Ayaks"ın kapitanı Mattiys de Liqt çempionlar Liqasının 1/4 final mərhələsində "Yuventus"la keçirilən oyunu dəyərləndirib. Matc.az saytının məlumatına görə, gənc müdafiəçi "Yuventus"la müqayisədə daha yaxşı oyun nümayiş etdirdiklərini bildirib.

De Liqt rəqibin hücumçusu Kriştianu Ronaldo haqda isə xüsusi danışıb: "Potensialı yüksək komanda olduğumuzu göstərdik. Ancaq Ronaldo cərimə meydanı daxilində əsl yırtıcıdı. Bunu bugünkü oyunda da hər kəs gördü. O, həmişə boşluq axtarır və anidən iki müdafiəçinin arasından sıyrılıb çıxır. Rəqibin bir neçə həmləsi oldu, ancaq ümumilikdə təhlükəli deyildilər. Biz topa nəzarət etdik, daim sürətli hücum axtarışında olduq. 1/4 final mərhələsinə elə-belə gəlməmişik. İndi bütün gücümüzü cavab görüşündə göstərməliyik. çünki "Yuventus" öz meydanında çox güclü olur".

Qeyd edək ki, Amsterdamdakı ilk görüş 1:1 hesabı ilə nəticələnib. Komandalar gələn həftə Turində qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest