Uzun müddət Azərbaycanda çıxış etmiş Kaka müsahibəsində yığmamızda oynadığı vaxt vəd olunan mükafatın məbləğindən söz açıb: "Azərbaycan millisində çıxış edəndə dünya çempionatına vəsiqə uğrunda Rusiya ilə oynayırdıq. Həmin vaxt bizə ən böyük mükafat vəd olundu".

Azərbaycan yığmasının sabiq futzalçısı Paulo Rikardo Kaka maraqlı açıqlama ilə gündəmə gəlib. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, hazırda "Kayrat"ın baş məşqçisi olan braziliyalı ən çox mükafat vədini ölkəmizdə aldığını bildirib.

Uzun müddət Azərbaycanda çıxış etmiş Kaka müsahibəsində yığmamızda oynadığı vaxt vəd olunan mükafatın məbləğindən söz açıb: "Azərbaycan millisində çıxış edəndə dünya çempionatına vəsiqə uğrunda Rusiya ilə oynayırdıq. Həmin vaxt bizə ən böyük mükafat vəd olundu. Bu rəqibi keçsəydik, hərəmiz 25 min dollar alacaqdıq. Lakin qalib gələ bilmədik".

Kaka Azərbaycan millisinin hazırkı baş məşqçisi Joze Alesio ilə bağlı da fikir bildirib: "Alesio "Barselona"da oynayanda zədələnmişdi. Kataloniya klubuna oyunçu lazım idi. Kakau məni "Barselona"ya təklif etdi və keçidim baş tutdu. Həmin vaxt Alesio mənə kömək etdi. Sonradan isə Rusiyaya məsləhət gördü. O, mənim minnətdar olduğum biridi, karyeramda böyük rol oynayıb. Alesio ilə illər sonra Azərbaycanda görüşdük. Bizim komandalarımız öz aralarında yarışırdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest