"Atletiko"nun hücumçusu Dieqo Kostanın cəzası müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu üçün mövsüm başa çatıb.

La Liqanın XXXII turunda "Barselona" ilə qarşılaşmada (0:2) baş hakim Xesus Gil Manzanonu təhqir etdiyi üçün qırmızı vərəqə alan İspaniya millisinin üzvü yerli Nizam-İntizam Komitəsi tərəfindən 8 oyunluq cəzalandırılıb. Bu isə o deməkdi ki, forvard cari mövsümün qalan matçlarında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Dieqo Kosta "Barselona" ilə görüşdə referinin anasını təhqir edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest