"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın karyerasını İspaniyada davam etdirməsi gözlənilir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı ulduz futbolçu bu keçidə razılıq verib.

Məsələ burasındadı ki, Poqbanın meneceri Mino Rayola "Real" rəhbərliyi ilə bununla bağlı görüş keçirib. Onun bütün tələbləri qəbul edildiyindən, tərəflər arasında ilkin anlaşma əldə olunub. 26 yaşlı futbolçu özü də Zinəddin Zidanın rəhbərliyi altında oynamaqda maraqlıdı.

Keçid reallaşarsa, Rayolanın bundan qazancı 18 milyon avro olacaq. Poqba özü isə "Real"ın ən yüksək ödənişli 3 oyunçusundan birinə çevriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest