çempionlar Liqasının 1/4 final mərhələsində "Mançester Yunayted"lə oyun "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç üçün əlamətdar olub. Matc.az saytının məlumatına görə, xorvatiyalı futbolçu bununla "100-lər klubu"na qoşulub.

Belə ki, bu, 31 yaşlı oyunçunun karyerası ərzində 100-cü avrokubok oyunu olub. Həmin qarşılaşmaların 62-si çempionlar Liqasına təsadüf edib.

Qeyd edək ki, "Mançester Yunayted" - "Barselona" oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest