Denis Qluşakovun yerinə oyunçu axtarışına çıxan "Spartak" öz yetirməsini qaytarmaq qərarına gəlib. 22 yaşlı oyunçunun meneceri ilə danışıqlara artıq start verilib.

Azərbaycanlı futbolçu Ayaz Quliyev klubunu dəyişməyə hazırlaşır. Matç.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, "Rostov"un yarımmüdafiəçisi Moskva "Spartak"ının maraq dairəsindədi.

 

Denis Qluşakovun yerinə oyunçu axtarışına çıxan "Spartak" öz yetirməsini qaytarmaq qərarına gəlib. 22 yaşlı oyunçunun meneceri ilə danışıqlara artıq start verilib. Keçidin 1 milyon avroya başa gəlməsi gözlənilir.

 

Qeyd edək ki, 2013-cü ildən "Spartak"ın əsas komandasında çıxış edən Ayaz Quliyev "Rostov"a bu il məhz Moskva klubundan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest