Son hadisələr cəmiyyətin necə aşağı yuvarlandığını göstərir. Bilmirəm qidalarda, gendə, xromosomlarda, ekologiyada nədə dəyişiklik oldu ki, bu hala qaldıq. Dəqiq olan bir fakt var ki, kifayət qədər ciddi mədəni tənəzzül yaşanır(b). Elita, inteleqensiya, ziyalılar, örnək şəxsiyyətlərin də kökü kəsilmək üzrədi.

Belə örnək şəxsiyyətlərdən biri də Tale Heydərovdu. Şəxsi tanışlığım olmasa da, bu gənc azərbaycanlı ilə hər zaman qürur duymuşam. Mədəniyyət, tərbiyə, etika, estetika Tale Heydərovda ən yüksək səviyyədə olub. ölkənin ən yaxşı futbol akademiyasını yaradıb. İstər şərait, istərsə də kadr seçimi baxımından "Qəbələ"də peşəkar dəst-xətti dərhal sezilir.

Sözsüz ki, bu da birbaşa Tale Heydərovun işləridi. Hətta, çin klubları indi başladığı prosesi "Qəbələ"də illər öncə başlamışdı. Türkiyənin, Hollandiyanın, İngiltərənin ən yaxşı uşaq futbolu mütəxəssislərini seçib Qəbələyə gətirmişdi. Eyni sözləri, məsələn "Qəbələ"nin stadionun ot örtüyünə nəzarət edən mütəxəssislərlə bağlı da demək olar. Hamı Qəbələdəki ot örtüyünün keyfiyyətindən, daim yaxşı halda olmasından danışırdı.

Tale Heydərov özünü reklam etməyi sevməyən biridi. Amma indi eşitdiyim bəzi şeyləri deməliyəm. Bir vaxt adını unutduğum hansısa yerli futbolçunun çox ağır xəstəlikdən müalicəsinə şəxsi vəsaitindən 100 mindən çox pul vermişdi. Bir həmkarımızın xərçəngdən müalicəsini ödəmişdi və s. və i. Bu eşitdiklərimdi, eşitmədiklərim isə daha çoxdu.

Tale Heydərov bu gün "Qəbələ"dən istefa verdi. Amma futbolumuzda gerçək iş görmüş nadir adamlardan biri kimi iz qoydu. Belə adamları çıraqla axtarırıq və axtaracağıq. Birmənalı itirən Azərbaycan futbolu oldu. 

Maks Veber deyib ki, dövlət cəmiyyətdə qanuni zorakılığın monopoliyasıdı...

Tale bəyə yalnız və yalnız uğurlar! Avroliqa qrupları həyəcanına, neçə-neçə imkansız uşağın futbol istedadının batmasına imkan verməməsinə, ümumiyyətlə, hər şeyə görə təşəkkürlər! Yaxşı ki, belə azərbaycanlılar var!

Anar ŞABANOÄžLU

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest