Qazaxıstan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" da mübarizə aparıb.

Kostanay təmsilçisi aşağı liqa komandası "Aksu"nun qonağı olub. Qarşılaşma "Tobol"un böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Bununla komanda adını 1/4 finala yazdırıb.

Lakin Emil bu görüşdə meydana çıxmayıb. çünki əsasnaməyə görə, aşağı liqa komandası ilə görüş zamanı yalnız yerli oyunçular iştirak edə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest