"Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveş mövsümün sonunda klubunu dəyişə bilər. Matc.az saytının "Sky Sports"a istinadən məlumatına görə, "Liverpul" 22 yaşlı futbolçunun xidmətində maraqlıdı.

"Qırmızılar" bir müddətdi izlədiyi Portuqaliya millisinin üzvünü yayda heyətinə cəlb etməyə çalışacaq. Baş məşqçi Yurgen Klopp rəhbərliklə görüşündə onun mütləq alınmasını istəyib. "Vulverhempton"la müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Neveşin sərbəst qalma məbləği 60 milyon avrodu.

Qeyd edək ki, "Vulverhempton" Ruben Neveşi 2017-ci ildə 17 milyon funt-sterlinqə "Portu"dan alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest