"Başakşəhər" klubunun futbolçusu Elyeria Elia maraqlı açıqlama ilə gündəmə gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Hollandiya millisinin üzvü "Barselona"nın kapitanı Lionel Messi haqda fikirlərini bildirib.

O, argentinalı superulduzun şişirdildiyini düşünür: "Razıyam ki, Messi dünyanın ən önəmli futbolçularından biridi. Lakin o, tanrı deyil. Bu, axmaq fikirlərdi və argentinalı futbolçu çox şişirdilir. Deyildiyi qədər deyil. Əgər həqiqətən tanrıdısa, dünyanı daha yaxşı vəziyyətə salsın. Onun oyununu izləmək insana zövq verir. Ancaq şəxsən mən Messi azarkeşi deyiləm".

Qeyd edək ki, 32 yaşlı Elyeria Elia 2017-ci ildən "Başakşəhər"in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest