"çelsi"nin aparıcı futbolçusu Eden Azar komandasını dəyişməkdə israrlıdı. Matc.az saytının "Telegraph"a istinadən məlumatına görə, yarımmüdafiəçi London klubu ilə növbəti dəfə ortaq məxrəcə gəlməyib.

Məsələ burasındadı ki, "Real"ın heyətinə qatmaq istədiyi oyunçuya "zadəganlar" yeni müqavilə təklifi ediblər. Lakin Azar növbəti dəfə "yox" cavabını verərək, "Real"a keçmək niyyətini ortaya qoyub. İngilislər isə onu 100 milyon funt-sterlinqdən ucuz qiymətə satmaqda maraqlı deyil.

Qeyd edək ki, Eden Azarın "çelsi" ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest