"Trabzonspor"un futbolçusu Murat Cem Akpınar Azərbaycan millisindən imtina edə bilər. 20 yaşlı yarımmüdafiəçinin Türkiyə yığmasına çağırılmaq ehtimalı var. Belə ki, əsas milliyə baş məşqçi təyin edilən Şenol Günəş gələcəkdə onun xidmətindən yararlanmaq fikrindədi.

"Trabzonspor"un futbolçusu Murat Cem Akpınar Azərbaycan millisindən imtina edə bilər. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, 20 yaşlı yarımmüdafiəçinin Türkiyə yığmasına çağırılmaq ehtimalı var. Belə ki, əsas milliyə baş məşqçi təyin edilən Şenol Günəş gələcəkdə onun xidmətindən yararlanmaq fikrindədi. Bu üzdən Günəş aşağı yaş qrupu üzrə komandanın baş məşqçisinə Akpınara dəvət göndərməyi tapşıracaq. Bunun üçün təcrübəli mütəxəssis U-21 millisinə yeni baş məşqçi təyinatının rəsmiləşməsini gözləyir.

ölkəmizin əsas komandasında oynamayan orta sahə oyunçusu yığmasını dəyişmək hüququnu qoruyur. O, vaxtilə məhz Türkiyə tərəfindən biganə münasibətə görə, Azərbaycandan aldığı dəvəti qəbul etmişdi.

Qeyd edək ki, 2016-cı ildə U-17 millimizə çağırılan futbolçu komandamızın heyətində 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest