"Fiorentina"nın yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Florensiya klubu yenidən Vinçentso Montellaya tapşırılır.

2012-2015-ci illərdə komandaya rəhbərlik etmiş 45 yaşlı mütəxəssislə danışıqlar yekunlaşmaq üzrədi. Montellanın "Fiorentina" ilə gələn mövsümün sonuna qədər müqavilə imzalaması gözlənilir. Onun məvacibi isə 1,5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Frosinone"yə məğlubiyyətdən sonra baş məşqçi Stefan Pioli istefaya göndərilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest