AFFA İntizam Komitəsi Əvəzedicilər liqasının XV turu ilə bağlı cəzaları açıqlayıb. Matc.az saytının məlumatına görə, cəzalandırılanlar arasında “Zirə-2”nin baş məşqçisi Zaur Həşimov da olub.
 
42 yaşlı mütəxəssis “Neftçi-2” ilə görüşün 10-cu dəqiqəsində hakimin qərarına etiraz etdiyindən, birbaşa qırmızı vərəqə almışdı. Bu üzdən ona 2 oyunluq diskvalifikasiya cəzası kəsilib. Çalışdırıcının bu hərəkəti klubu da 150 manat ziyana salıb.
 
Qeyd edək ki, “Zirə-2” öz meydanında “Neftçi”nin əvəzedicilərinə 1:3 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest