"Barselona"nın hücumçusu Luis Suares hələ uzun müddət komandada qalmaq arzusundadı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, uruqvaylı forvard bununla bağlı rəhbərliyə müraciət edib.

32 yaşlı forvard klubdan yeni müqavilə təklifini gözlədiyini vurğulayıb. Ulduz futbolçu eyni zamanda maaşının artırılmasını da istəyir. Onun kataloniyalılarla hazırkı müqavilə müddəti isə 2021-ci ilin yayına qədərdi.

Qeyd edək ki, Luis Suares 2014-cü ildən "Barselona"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest