"Azərbaycan futbolunu ara-sıra mən özüm də izləyirəm. Hər halda, hər bir ölkənin futbolu ilə maraqlanmaq lazımdır. Çünki futbolun içində olan adamlarıq. Azərbaycan millisinin nəticələrinə, oyunlarına baxmışam. Son tsikldə evdə İsveçə 3:0 qalib gəldilər. Həmin oyuna baxdım. Azərbaycan yaxşı futbol oynayıb, qalib gəldi”.
 
Bu sözləri Norveç millisinin sabiq çalışdırıcısı Oqe Hareyde deyib. Matc.az xəbər verir ki, 70 yaşlı mütəxəssis "Molde” – “Qarabağ" (2:2) oyunundan sonra "köhlən atlar" haqda da fikirlərini bölüşüb: 
 
"Əslində, son 10 ildir ki, "Qarabağ" Avropada adından əsl mənada söz etdirir. Davamlı olaraq, qrup mərhələsində oynamaq asan məsələ deyil. "Qarabağ" Bakıda "Molde"yə baxımlı oyunla qalib gəlmişdi. Cavab görüşü də maraqlı alındı. Məncə, daha üstün tərəf "Molde" oldu. Hər halda, "Qarabağ" sonda istədiyi bərabərliyi qazandı. Fikrimcə, komandanız daha da irəliyə gedə bilər”.
 
Hareyde "Molde", "Rosenborq", "Brondbu", "Malmö" klubları ilə yanaşı, Norveç, Danimarka, İslandiya yığmalarında işləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest