Bu gün baş tutan AFFA İntizam Komitəsinin iclasında aşağı yaş qrupu üzrə çempionatlarla bağlı müxtəlif qərarlar qəbul edilib. Matc.az saytının məlumatına görə, qurum diskvalifikasiyalarla yanaşı, texniki məğlubiyyət cəzası da verib.

U-16 Liqasının "Qarabağ" – "Səbail" görüşündə hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılan qonaqların həkimi Əhməd Əhmədov 5 oyun cəzaya məruz qalıb.

U-10 Liqasının "Səbail" – "Gəncə" TİM görüşündə də ikincilərin məşqçisi İntiqam Səmədov eyni addıma əl atıb və eyni formada cəzalandırılıb. Ondan geri qalmayan komandanın məşqçisi İlkin Verdiyev də referiləri söydüyü üçün 5 oyun texniki zonadakı yerini ala bilməyəcək.

Yüksək Qızlar Liqasının İOEUGİM (Bakı) – "Fidan" (Bakı) matçında isə heyətində yetərsay olmayan "Fidan"a 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest