"İnter"in kapitanı Mauro İkardi karyerasını İngiltərədə davam etdirə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı hücumçu "çelsi"nin maraq dairəsindədi.

Alvaro Morata ümidləri doğrultmadığından, "zadəganlar" onun yerinə hücumçu almaq niyyətindədi. London təmsilçisi İkardinin keçidi müqabilində italyanlara 90 milyon funt-sterlinq ödəməyə hazırdı. Lakin ulduz futbolçunun bu yaxınlarda klubu ilə yeni müqavilə imzalaması "çelsi"nin işini çətinləşdirir.

Qeyd edək ki, Mauro İkardi 2014-cü ildən bəri "İnter"in heyətində 172 oyun keçirib, 105 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest