çempionlar Liqasının 1/4 final mərhələsində "Ayaks"la qarşılaşacaq "Yuventus"da hücumçu Kriştianu Ronaldo sıraya dönüb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, portuqaliyalı superulduz komandanın dünənki məşqində kollektivlə birlikdə çalışıb.

Ronaldo ilə yanaşı, braziliyalı yarımmüdafiəçi Duqlas Kosta da komanda ilə birgə hazırlaşır. Hər iki oyunçu sabahkı matça hazır olacaq. Əvəzində mərkəz müdafiəçisi Corcio Kyellininin "Ayaks"la görüşdə iştirakı sual altındadı. Son məşqdə zədələnən kapitanın durumuna müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, sabah Amsterdamda keçiriləcək "Ayaks" - "Yuventus" oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest