"Səbail"in qanalı ulduz futbolçusu Maykl Essyen Goal.com-a açıqlamasında milli komandasının Afrika Millətlər Kubokundakı şansını dəyərləndirib. Veteran yarımmüdafiəçi yığmasını favoritlər sırasında görmür.

"Səbail"in qanalı ulduz futbolçusu Maykl Essyen Goal.com-a açıqlamasında milli komandasının Afrika Millətlər Kubokundakı şansını dəyərləndirib. Matc.az saytı xəbər verir ki, veteran yarımmüdafiəçi yığmasını favoritlər sırasında görmür.

ümumiyyətlə, Essyen yayda Misirdə baş tutacaq yarışın konkret favoritinin olmadığını bildirib. 37 yaşlı orta sahə oyunçusu "qara ulduzlar"ın işinin çətin olacağını söyləyib: "Kimisə favorit saymaq çox çətindi. çünki hazırda çox yaxşı komandalar var. Kimin qalib gələcəyini proqnozlaşdırmaq mümkün deyil. Bu üzdən Qana yığmasının işi çox çətin olacaq".

Qeyd edək ki, Afrika Millətlər Kuboku 21 iyun – 19 iyul tarixləri aralığında Misirdə keçiriləcək. Aprelin 12-də püşkatma mərasimi olacaq və 24 komanda 6 qrupa bölünəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest