Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol"da ayrılıq baş verib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Qriqori Sartakov yola salınıb.

Buna səbəb 25 yaşlı futbolçunun zədədən əziyyət çəkməsidi. 2017-ci ildən "Tobol"da çıxış edən Sartakov ağır zədədən sonra bir neçə dəfə əməliyyat olunub. Son müayinənin ardından onun daha bir əməliyyata ehtiyac duyduğu müəyyənləşib. Cari mövsümün iştirak ərizəsinə salınmayan futbolçu sağlamlığına qovuşmaq üçün ayrılıq qərarını qəbul etdiyini söyləyib.

Qeyd edək ki, "Tobol" Qazaxıstan çempionatının ilk 4 turunda aktivinə 12 xal yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest