"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədovun istefası qəbul olunmayıb. Bu barədə klubdan məlumat verilib. Paytaxt təmsilçisinin rəhbərliyi 48 yaşlı mütəxəssislə yola davam etməyi məqsədəuyğun sayıb. Əhmədov bu gün "ASK Arena"da komandanı məşqə çıxarıb.

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədovun istefası qəbul olunmayıb. Matc.az saytı xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Paytaxt təmsilçisinin rəhbərliyi 48 yaşlı mütəxəssislə yola davam etməyi məqsədəuyğun sayıb. Əhmədov bu gün "ASK Arena"da komandanı məşqə çıxarıb.

Qeyd edək ki, Premyer Liqanın XXIII turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzan "Keşlə" sonuncu – 8-ci pilləyə düşüb. Tərlan Əhmədov oyundan sonra təşkil edilən mətbuat konfransında uğursuz nəticələr səbəbilə postunu tərk etmək istədiyini, bununla bağlı rəhbərliklə görüşəcəyini deyib. Report

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest