İspaniya La Liqasının XXXI turunda "Rayo Valyekano"ya məğlub olaraq (0:2), uğurlu seriyasına son qoyulan "Valensiya" həmçinin bir aparıcı futbolçusunu itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Ceffri Kondoqbiya sıradan çıxıb.

26 yaşlı futbolçu "Rayo Valyekano" ilə qarşılaşmanı sona qədər keçirməsinə baxmayaraq, oyundan sonra meydanı xərəkdə tərk etməli olub. Müayinə zamanı CAR millisinin üzvünün sol budunda ciddi zədə aşkarlanıb. İlkin ehtimala görə, Kondoqbiya 2 ay komandasına kömək edə bilməyəcək. Bu da onun mövsümü başa vurması anlamına gəlir.

Qeyd edək ki, Ceffri Kondoqbiya bu mövsüm 27 oyunda iştirak edib, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest