İngiltərə Premyer Liqasında XXXIII turun mübarizəsi davam edir. Matc.az saytının məlumatına görə, bu gün cəmi 1 qarşılaşma keçirilib.

Premyer Liqada heç bir iddiası qalmayan "Everton" ilk "üçlüy"ü hədəfləyən "Arsenal"ı qəbul edib. Liverpulda keçirilən oyun ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra "Arsenal" 63 xalla 4-cü pillədə qərarlaşıbsa, "Everton" (46 xal) 9-cu yerə yüksəlib.

 

İngiltərə Premyer Liqası

XXXIII tur

7 aprel

"Everton" - "Arsenal" - 1:0

Jagielka, 10

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest