Topaz Premyer Liqasında XXIII turun "Sabah" – "Səbail" (3:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

Matc.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib: "Sabah" qalibiyyətə layiq idi. Futbolçularım lazım olan mübarizəni aparmadılar. Bizi vaxtından əvvəl Avropa Liqasına göndərənlər var. Məsuliyyətli olmalıyıq. ümid edirəm ki, bu məğlubiyyətin xeyri dəyər. Bu oyun bizim üçün dərs oldu. Daha məsuliyyətli olmağa çalışacağıq".

- Ruslan Qurbanovla Maudo Jarjuenin olmamasına səbəb nədi?

- Ruslan Qurbanov özünü piss hiss edirdi. Jarjue isə məşqdə nizam-intizamı pozduğuna görə əvəzedici heyətə göndərilib. Ancaq bu gün peşman olduğunu dedi. Onun məsələsinə sabah baxacağıq.

- Maykl Essyen əsas heyətə düşməkdə çətinlik çəkir. Bunun səbəbi nədi?

- Essyen uzun müddətdi futbolsuz qalıb. Yavaş-yavaş formasını bərpa etməyə çalışır. Nə vaxt hazır olsa, o zaman start heyətində meydana buraxacağıq.

- Essyen oyunboyu çox göstərişlər verir. Bundan sonra oyunları onun üzərində quracaqsız?

- Yox, onun üzərində oyun qurmağı düşünmürük. Ancaq təcrübəsindən yararlanmağa çalışacağıq. Maykl bizə lazımlı futbolçudu, çox köməyi dəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest