"Barselona"nın kapitanı Lionel Messinin xeyriyyə fondu Kataloniyada uşaq onkoloji mərkəzinə yardım edib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, oyunçuya məxsus fond SNF fondu ilə birlikdə tikinti işləri üçün maliyyə ayırıb.

Həmin məbləğ 2,6 milyon avrodu. Bu yardım sayəsində inşaat işlərinin başlaması üçün ümumilikdə 30 milyon avro toplanıb. 2020-ci ilin ikinci yarısında fəaliyyətə başlayacaq mərkəzin yeni korpusunun təməlqoyma mərasimində argentinalı forvard da iştirak edib.

Klinika indiki kimi 215 nəfər yox, ildə 400 nəfər xidmət edə biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest