I divizionda XXI tura yekun vurulub. Matc.az saytının məlumatına görə, bu gün daha 4 oyun keçirilib.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Sumqayıt"ın ikinci komandası Lökbatanda "Qaradağ Lökbatan"la heç-heçə edib. Bu da lider MOİK-in xal fərqini 4-ə yüksəltməsinə səbəb olub.

 

I divizion

XXI tur

"Keşlə-2" - "Turan Tovuz" - 1:0

Oleq Hüseynov, 29

"Sabah-2" - "Şüvəlan" - 0:0

"Qaradağ Lökbatan" - "Sumqayıt-2" - 1:1

Emin Mehtiyev, 86 - Rüfət Abdullazadə, 59

"Zaqatala" - "Səbail-2" - 2:2

Turan Manafov, 11; Cavad Kazımov, 58 - Xəzər Mahmudov, 21; Xəlil Bəşirov, 26

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest