"Everton"un hücumçusu Rişarlison mövsümün sonunda klubunu dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, Liverpul şəhərindəki həyatını davam etdirə bilər.

çünki "Liverpul" Braziliya millisinin üzvünün xidmətində maraqlıdı. 21 yaşlı forvardın meneceri Renato Velasko artıq "qırmızılar"ın baş məşqçisi Yurgen Kloppla örüşüb. "Everton" isə bir neçə Avropa nəhənginin diqqət mərkəzində olan liderini 70 milyon avrodan ucuz qiymətə satmaq istəmir.

Qeyd edək ki, Rişarlison "Everton"a ötən il "Uotford"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest