İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Barselona"nın kapitanı Lionel Messi bu dəfə də hamını qabaqlayıb.

Argentinalı superulduz ən çox səslə ayın futbolçusu adına layiq görülüb. Messi mükafatı həftəsonu "Atletiko" ilə çempionat oyunundan əvvəl alacaq.

Qeyd edək ki, Lionel Messi martda "Rayo Valyekano", "Betis" və "Espanyol"la oyunlarda 6 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest