Bu gün Almaniyanın "Bavariya" klubunda yeni baş məşqçi təyinatı rəsmiləşə bilər. Matç.az saytı xəbər verir ki, Almaniya mətbuatı fransalı Arsen Vengerin bu gün təqdim olunacağını iddia edir.

Bildirilir ki, klubun idarə heyətinin rəhbəri Karl-Hayns Rummenigge və idman direktoru Hasan Salihamiciçin planlaşdırılan mətbuat konfransı məhz bu təyinatla bağlıdı. O, Niko Kovaçı əvəzləməlidi. Düzdü, 22 il "Arsenal"a rəhbərlik edən Venger yeni işinə yanvardan başlayacağını açıqlamışdı.

Qeyd edək ki, Bundesliqada 6-ccı sırada qərarlaşan "Bavariya" liderdən 4 xal geri qalır. Komanda çempionlar Liqasının qrupunda 2-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest