Topaz Premyer Liqasının XXIII turunda "Zirə" səfərdə "Neftçi" ilə qarşılaşacaq. İndiyədək 15 dəfə görüşən rəqiblərin duellərində "qartallar" üstünlüyə malikdi. 8 dəfə rəqibinə qalib gələn "Zirə" 5 heç-heçə edib və yalnız 2 görüşdə uduzub.

Topaz Premyer Liqasının XXIII turunda "Zirə" səfərdə "Neftçi" ilə qarşılaşacaq. Matc.az klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, indiyədək 15 dəfə görüşən rəqiblərin duellərində "qartallar" üstünlüyə malikdi.

8 dəfə rəqibinə qalib gələn "Zirə" 5 heç-heçə edib və yalnız 2 görüşdə uduzub. Rəqibin qapısından 18 top keçirən "Zirə" 11 qola üzülüb. Bu matçlarda komandanın 12 üzvü qol sevinci yaşayıb, bir dəfə isə rəqib avtoqola üzülüb. "Zirə"nin "Neftçi"ylə görüşlərdəki bombardiri Luis Alberto Diez 3 dəfə fərqlənib. Nelson Bonilya, Riçard Qadze və Vüsal İsgəndərli hərəyə 2 qol vurub.

8-ci dəfə "Neftçi"nin qonağı olacaq "Zirə" indiyədək səfərdə uduzmayıb. Rəqib meydanındakı 7 oyunda 3 qələbə qazanan qəsəbə təmsilçisi 4 heç-heçə edib. Səfərdə 9 qola sevinən komanda 6 top buraxıb.

 

2015/16 mövsümü

03.10.2015. Zirə - Neftçi - 2:0

İqor İvanoviç, 19; Nelson Bonilla, 71

06.12.2015. Neftçi - Zirə - 1:1

Ruslan Qurbanov, 10 - Luis Alberto Diez, 4

27.02.2016. Zirə - Neftçi - 3:0

Nelson Bonilla, 24; Luis Alberto Diez, 88, 90+3

23.04.2016. Neftçi - Zirə - 0:0

 

2016/17 mövsümü

14.08.2016. Neftçi - Zirə - 0:1

Vüqar Mustafayev, 43

16.10.2016. Zirə - Neftçi - 2:0

Yovan Krneta, 43 (p.); Adil Nağıyev, 50

05.03.2017. Neftçi - Zirə - 1:2

Daniel Seqovia, 60 (p.) - Georgi Navalovski, 62 (ö.q.); Milan Duriç, 79

23.04.2017. Zirə - Neftçi - +:-

 

2017/18 mövsümü

16.09.2017. Neftçi - Zirə - 1:2

Uqo Barqas, 54 - Vüsal İsgəndərli, 17; Riçard Qadze, 53

05.11.2017. Zirə - Neftçi - 1:0

Riçard Qadze, 30

24.02.2018. Neftçi - Zirə - 1:1

İqnasio Herrera, 22 - Comal Evans Uilyams, 30

15.04.2018. Zirə - Neftçi - 0:3

Rəhman Hacıyev, 10-p.; İqnasio Herrera, 90+1; Rəşad Sadiqov, 90+5

 

2018/19 mövsümü

22.09.2018. Zirə - Neftçi - 1:2

Dilan Duventru, 33 - Mirabdulla Abbasov, 6; Qoran Paratski, 52

10.11.2018. Neftçi – Zirə – 2:2

Baqali Dabo, 36; Mirabdulla Abbasov, 80 - Tellur Mütəllimov, 76; Vüsal İsgəndərli, 83

16.02.2019. Zirə - Neftçi - 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest