"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba komandada qala bilər. Matc.az saytının "Daily Mail"ə istinadən məlumatına görə, fransalı futbolçunun bunun üçün bəzi tələbləri var.

"Real"ın maraq dairəsində olan Poqbaya "mankunianlar" da yeni müqavilə təklif edib. "Qırmızı şeytanlar" onun 2021-ci ilə qədər olan sözləşməsini daha 3 il uzatmaq niyyətindədi. Poqba isə bunun üçün həftəlik 349 min avroluq maaşının 583 minə yüksəldilməsini istəyib. Əks təqdirdə, futbolçu "Real"ın təklifini qəbul edə bilər.

Qeyd edək ki, "Real" Pol Poqbanın keçidi üçün ingilislərə 150 milyon avro ödəməyə hazırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest