Sabah futzal üzrə Yüksək Liqada XXV turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, bir oyunçu bu turda cəzalı duruma düşə bilər.

Söhbət "Yasamal" İSK-nın üzvü Məhəmməd Eyniyevdən gedir. O, EKOL-la qarşılaşmada sarı vərəqə alsa, 4 "sarı" limitini dolduracaq və növbəti oyunu buraxacaq.

"Neftçi" İK-nın oyunçuları Hamid Reza və Ali Abdollahi, həmçinin "Xəzər Cənub"un şərəfini qoruyan Omid Nabatın da passivində 3 sarı vərəqə var. Sadəcə, onların komandaları sabah meydana çıxmayacaq.

Qeyd edək ki, sabah "Yasamal" İSK EKOL-la, "Liman" isə "Araz"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest