İtaliya A seriyasının XXX turunda "Bolonya"nı qəbul edən "Atalanta" böyükhesablı (4:1) qələbə qazanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu görüşdə "Yuventus"a məxsus rekord təkrarlanıb.

Belə ki, "Atalanta" qarşılaşmanın artıq ilk 15-ci dəqiqəsində rəqib qapısından 4 top keçirib. Sonuncu dəfə bunu 1932-ci ildə "Yuventus" bacarmışdı. "Qoca sinyora" həmin vaxt "Roma" ilə matçın (7:1) ilk 15 dəqiqəsində rəqib qapısına 4 dəfə yol tapmışdı.

Turin təmsilçisinin 87 illik rekordunu dünən "Atalanta" təkrarlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest