İtaliya A seriyasında XXX tura yekun vurulub. Matc.az saytının məlumatına görə, son gündə iki oyun baş tutub.

Günün hər iki qarşılaşmasında böyük hesab qeydə alınıb. Ev sahibləri "Sassuolo" və "Atalanta" asan qələbə qazanıb. "Bolonya" ilə matçda bir dəfə fərqlənən "Atalanta"nın hücumçusu Duvan Zapata cari mövsümdə qollarının sayını 20-yə çatdırıb və bombardirlərin yarışında ikinci pilləyə yüksəlib.

 

İtaliya A seriyası

XXX tur

"Sassuolo" - "Kyevo" - 4:0

Demiral, 4, 45; Lokatelli, 47; Berardi, 57

"Atalanta" - "Bolonya" - 4:1

İliçiç, 3, 5; Hatebor, 9; Zapata, 15 - Orsolini, 54

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest