"Barselona" mövsümün sonunda heyətində bəzi dəyişikliklərə əl atacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu transferlər üçün müəyyən məbləğ ayıracaq.

Belə ki, rəhbərlik yay keçidlərinə 250-300 milyon avro xərcləməyi düşünür. Bunun fonunda Samuel Umtiti, İvan Rakitiç, Filip Koutinyo və daha bir neçə futbolçunu satışı ilə xərclənən pul yerinə qaytarılacaq.

Qeyd edək ki, "Barselona" hələlik "Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqla anlaşıb. İspanlar Hollandiya klubunun müdafiəçisi Matteys de Liqt və bir hücumçu transferi də planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest