Baş məşqçi postuna Zinəddin Zidanı gətirən "Real" mövsüm başa çatmamış üçüncü transferini gerçəkləşdirib. Rodriqo və Militaodan sonra "kral klubu" daha bir oyunçunu heyətinə qatıb. Söhbət PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyodan gedir.

Baş məşqçi postuna Zinəddin Zidanı gətirən "Real" mövsüm başa çatmamış üçüncü transferini gerçəkləşdirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Rodriqo və Militaodan sonra "kral klubu" daha bir oyunçunu heyətinə qatıb.

Söhbət PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyodan gedir. Mövsümün sonunda Paris klubunu tərk edəcək 24 yaşlı orta sahə oyunçusu yayda "Barselona"ya keçməyə yaxın görünürdü. Lakin çox pul tələb etməsi kataloniyalıları geri addım atmağa vadar edib. Fransa millisinin üzvü də "Real"la ilkin razılığa gəlib.

Rabyonun PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, "kral klubu"na havayı keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest