Almaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, dünən daha 2 oyun keçirilib.

"Bavariya" 9 qolun qeydə alındığı qarşılaşmada "Heydenheym"i çətinliklə üstələyib. "Verder" isə "Şalke"yə qalib gəlib. Bununla "Leypziq" və "Hamburq"dan sonra "Bavariya" ilə "Verder" də yarımfinala yüksəlib. Bu mərhələnin püşkü aprelin 7-də atılacaq. Oyunlar isə bu ayın 23-24-də baş tutacaq.

 

Almaniya kuboku

1/4 final

"Bavariya" - "Heydenheym" - 5:4

Qoretska, 12; Müller, 53; Levandovski, 55, 84; Qnabri, 65 - Qlatzel, 26, 74, 77 (pen.); Şnatterer, 30

"Şalke" - "Verder" - 0:2

Raşika, 65; Klaassen, 72

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest